2026-05-08

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə anılmışdır.

8 may 2026-cı il tarixində Qarsda yerləşən Heydər Əliyev Parkında Ümummilli lider anadan olmasının 103-cü ildönümündə anılmışdır. Mərasimdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri və üzvləri, Qarsda keçirilmiş “Azərbaycandan Qarsa Sazın Sözün Körpüsü” adlı tədbirdə iştirak etmiş Azərbaycan və Türkiyədən musiqiçilər, yerli dərnək və KİV nümayəndələri, Qarsda yaşayan azərbaycanlılar, Baş Konsulluğun heyəti iştirak etmiş, Ümummilli liderin büstü önünə gül dəstələri qoyulmuşdur.

Çıxış edənlər Ulu Öndərin keçdiyi həyat yolu, şəxsi və peşəkar keyfiyyətləri, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələr barədə məlumat vermiş, Ümummilli liderin 2002-ci ildə Qarsa səfəri zamanı yaşadıqları xoş xatirələrini bölüşmüşlər.

Arxiv üzrə axtarış