Baş konsulun tərcümeyi-halı

Baş konsulun tərcümeyi-halı
Qoşqar Zeynalov
Doğulduğu tarix və yer: 14 sentyabr 1985-ci il, Sumqayıt şəhəri, Azərbaycan Respublikası
Təhsili:
2003 – 2007 - Azərbaycan Dillər Universiteti (bakalavr pilləsi, ixtisas: beynəlxalq münasibətlər)
2007 – 2011 - Bakı Slavyan Universiteti (magistr pilləsi, ixtisas: beynəlxalq münasibətlər)
2024 - Harvard Kennedy School, “Leadership Decision Making” proqramı
Əmək fəaliyyəti:
2009 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar və ixtisasartırma idarəsinin ştatdankənar referenti və referent-stajçısı
2009 – 2010 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin attaşesi
2010 – 2014 - Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin attaşesi və üçüncü katibi
2014 – 2015 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin üçüncü katibi və ikinci katibi
2015 – 2016 - Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin ikinci katib
2017 – 2018 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin ikinci katibi
2018 – 2019 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin ikinci katibi və birinci katibi
2019 - Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyinin birinci katibi
2020 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətin idarəsinin birinci katibi vəzifəsini icra edən
2020 – 2024 - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi
2024-2026 - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Asiya və Afrika ölkələri ilə iş sektorunun müdiri
2026-cı ilin
iyulundan - Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Təltifləri:
2019-cu il -“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə;
2019-cu il - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı
2024-cü il - COP29-n təşkilində fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin təşəkkürnaməsi;
Xarici dillər: - rus, ingilis, türk
Ailə vəziyyəti: - evlidir, üç övladı var