Dogum aktının qeydə alınması

Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının konsulu tərəfindən həyata keçirilir.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının konsulluğuna uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları);
  2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. valideynlərin doğum haqqında şəhadətnamələri;
  4. valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər;
  5. uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə); 
  6. doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış (tibb müəssisəsinin yerləşdiyi ilin sağlıq müdirliyi tərəfindən adi qaydada və valiliyi tərəfindən apostil qaydasında təsdiq edilmiş şəkildə).

Arxiv üzrə axtarış