Leqallaşdırma

Ümumi şərtlər

Konsulluq rəsmiləşdirməsi dedikdə sənədlər və hüquqi aktların rəsmi imza ilə təsdiqi nəzərdə tutulur və bu cür sənədlərin və hüquqi aktların təsdiqlənməsi konsulluğun yerləşdiyi ölkənin qanun və qaydalarına uyğun aparılır. 
Leqallaşdırma və rəsmiləşdirmə sənədlərin və hüquqi aktların qanuni qüvvədə olmasını təsdiq etməyə xidmət edir. 
Azərbaycan Respublikası Konsul nizamnaməsinin 54-cü maddəsi ilə konsullara sənədlərin və hüquqi aktların qanunləşdirilməsi fəaliyyətini həyata keçirmək üçün səlahiyyət verilir. Bu rəsmiləşdirmə fəaliyyəti aşağıdakı kimi həyata keçirilir: 
xaricdə - Azərbaycan Respublikasının konsulluqları və ya səfirliklərinin nəzdindəki konsulluq şöbələri tərəfindən. 
Azərbaycan Respulikası daxilində - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən. 
Əgər Azərbaycan Respublikasının qanun və qanunvericiliyi ilə və ya müvafiq xarici dövlətlə Azərbaycan Respublikasının birlikdə tərəfdar olduğu xüsusi beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmayıbsa, xarici ölkə vətəndaşlarının və şirkətlərinin sənəd və hüquqi aktları Azərbaycan Respublikasının rəsmi idarə və təşkilatıarı tərəfindən onlar leqallaşdırdıqdan və rəsmiləşdirildikdən sonra qəbul olunur və tanınır. 
Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrlə əlaqədar olan sənəd və hüquqi aktları Azərbaycan Respublikası ərazisində rəsmiləşdirilmədən qəbul olunur. 

Azərbaycan Respublikasının konsulluqları və ya səfirliklərinin nəzdindəki konsulluq şöbələri tərəfindən sənədlərin və hüquqi aktların rəsmiləşdirilməsi

Konsul xarici dövlətin hökumət orqanlarının iştirakı ilə hazırlanmış sənədləri və hüquqi aktları həmin orqanların qəbul etdiyi konsulluq dairəsi daxilində rəsmiləşdirir. 
Sənədlərin rəsmiləşdirilməsi 

Azərbaycan vətəndaşları üçün;

Baş Konsulluğa rəsmiləşdirilmək üçün təqdim olunan sənədlər türk dilinə rəsmi tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Ərizəçilər sənədlərdə aşağıdakıların olmasını bilməlidirlər: 
Azərbaycan Respublikası XİN-nin təsdiqi 
Sənədlər və tərcümələr çap edilməlidir.

Əcnəbilər üçün:

Leqallaşdırılma üçün Baş Konsulluğa təqdim olunacaq sənəd səlahiyyətli tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə olunmalıdır. Ərizəçilərə tövsiyə olunmalıdır ki, sənədlər həmçinin:

      - Notarius tərəfindən təsdiq edilsin;  

      - Baş Konsulluğun əhatə dairəsindəki 17 Vilayətin Valiliklərində səlahiyyətli şəxsin imzası ilə təsdiq edilsin.

  Qaydalar

Arxiv üzrə axtarış