Rəsmi günlər
Azərbaycan Respublikasında qeyri-iş günləri aşağıdakılardır:
1-2 yanvar - Yeni il
20 yanvar - Milli Matəm günü
8 mart - Beynəlxalq Qadınlar günü
20-21 mart - Novruz Bayramı
9 may - Faşizm üzərində Qələbə günü
28 may - Respublika günü
15 iyun - Milli Qurtuluş günü
26 iyun - Silahlı Qüvvələr günü
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü
- Ramazan bayramı (2 gün)*
- Qurban bayramı (2 gün)*
* Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir.
Bayram günləri istirahət günlərinə təsadüf etdiyi təqdirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramdan sonrakı iş günləri qeyri-iş günləri elan oluna bilər.
Azərbaycan Respublikasının əsas milli bayramı 28 may - Respublika günüdür
İstirahət və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.