Viza

-          Azərbaycan Respublikası Prezidentinin 2702 saylı, 02.03.2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən, 2017-ci ilin mayın 15-dən iyulun 15-dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir. Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri:

  1.  Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
  2. Bakı şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart

-          Eyni zamanda 2017 formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (yalnız AR Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 81 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır.

 

-          Azərbaycam Respublikası Prezidentinin 2703 saylı, 02.03.2017-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətandaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

-          IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətandaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur. 

Vizaların rəsmiləşdirilməsi

Ümumi müddəalar

Azərbaycan Respublikasına getmək istəyən əcnəbilər Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərinə müraciət edərək səfərlərinin müddət və məqsədini göstərməklə müvafiq giriş vizası əldə etməlidirlər.

Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Türkiyədəki o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərindən rüsumsuz olaraq 30 gün müddətli giriş vizası alaraq Azərbaycana gedə bilərlər. Həmçinin, Türkiyə Respublikasının vətəndaşları Naxçıvan Muxtar Respublikasının sərhəd keçid məntəqələrində (Sədərək və Culfa) 60 gün müddətli giriş vizası alaraq Azərbaycan ərazisinə daxil ola bilərlər.

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda (qaydalar) viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (həmçinin, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarındakı viza bölmələrinə) müraciət edə bilərlər.

(bax --- qaydalar, pdf formatında)

Azərbaycan Respublikasında qalmaq üçün viza müddətini uzatmaq istəyən əcnəbilər onların hal-hazırdakı vizalarında göstərilən müddətin bitdiyi vaxtdan əvvəl bunu etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza müraciətləri zamanı pasportlarının etibarlılıq müddətinin bitməsinə 2 aydan az müddət qaldıqda viza rəsmiləşdirilmir.

Rəsmiləşdirilən vizaların növləri

Adi giriş-çıxış vizası

Giriş vizaları ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşlarına otuz günlük səfərlər üçün və müraciətlərə baxıldıqdan sonra uyğun olarsa, ən geci üç iş günü müddətində verilir. Giriş vizaları işləmək hüququ vermir. Digər ölkə vətəndaşlarına giriş vizaları 3-90 günlük səfərlər üçün ən tezi üç iş günü müddətində verilir.

 Tranzit vizası

Tranzit vizaları Azərbaycandan keçərək başqa ölkəyə gedən ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşlarına onların müraciətlərinə baxıldıqdan sonra uyğun olarsa, ən geci üç iş günü müddətində verilir. Giriş tarixindən sonra yeddi gün müddətinə etibarlı sayılan tranzit vizaları, ikidəfəli tranzit vizası kimi də verilə bilər. Digər ölkə vətəndaşlarına tranzit vizaları ən tezi üç iş günü müddətində verilir.

 Çoxdəfəli giriş-çıxış vizası

Ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşlarına çoxsaylı giriş vizası hər girişdə ən çoxu otuz gün müddətinə ölkədə qalmaq hüququ verir, bir il müddətinə etibarlı olur və müraciətlərə baxıl­dıqdan sonra uyğun olarsa, ən geci iki həftə müddətində verilir. Xüsusilə iş adamları, uçuş heyəti, yük maşını və avtobus sürücüləri bu viza kateqoriyasına aid edilirlər.Bu növ vizanın müddəti 1 ilə qədərdir. Əgər viza bu müddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir.

Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları Azərbaycana giriş, tranzit və çoxsaylı giriş vizaları almadan getmək hüququna malikdirlər və hər girişdə doxsan gün qala bilərlər.

Türkiyə vətəndaşlarına tək giriş, tranzit (tək və ikidəfəli), çoxgirişli və xüsusi məqsədli vizalar, Azərbaycanın səfirlik və ya konsulluqları tərəfindən hər hansı bir rüsum tələb olunmadan verilir.

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı bəzi dəyişikliklər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı

bəzi məsələlər haqqında” 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər:

1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar

Respublikası Ali Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin  rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin,mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi

Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin,

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;

4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;

5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;

6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd

əsasında);

7. ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri,konsulluqları akkreditə olmayan və Azərbaycan Respublikası ilə birbaşa hava

əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" Sazişin təsdiq edilməsi barədə

-          Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2677 saylı, 20 fevraı 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Rusiya Federasiyası, TürkiyəRespublikası, İran İslam Respublikası və Gürcistan ilə dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN ödəniş” terminalları vasitəsi ilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanı yaradılacaqdır. Sözügedən Sərəncamın tətbiqi barədə əlavə məlumat yerləşdiriləcəkdir. 

eapplication.mfa.gov.az 

Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət etmək üçün tələb olunan sənədlər

   Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi fiziki şəxsin dəvət etməsi üçün tələb olunan sənədlər:

Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) Xarici İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin tərtib edilmiş vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə), (vəsatət bir vərəqin ön və arxa tərəflərində çap edilməlidir).
  2. Dəvət edən vətəndaşın şəxsiyət vəsiqəsinin surəti(əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dəvət etdiyi təqdirdə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və ya daimi yaşamaq icazəsinin surəti).
  3. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  4. Dəvətnamə üçün dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.

     

  1. II)  Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi

        üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin tərtib edilmiş vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə), (vəsatət bir vərəqin ön və arxa tərəflərində çap edilməlidir).
  2. Hüquqi şəxs tərəfindən tərtib edilmiş məktub. Məktub Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanır.Məktubda vizanın məqsədinin (işgüzar, əmək,elm və ya təsil, müalicə, humanitar, mədəniyyət və idman), dəvətin müddətinin (işgüzar məqsədi 180 günədək, mədəniyyət və idman məqsədi 60 günədək, digər məqsədlər isə 90 günədək müəyyən edilə bilər),vizanın giriş sayının (birdəfəlik və ya çoxdəfəlik), əcnəbini və ya vətəndaşlığı olmayan şəxsin viza üçün müraciət edəcək diplomatik nümayəndəliyin qeyd olunması zəruridir.
  3. Hüquqi şəxsin hüquqi sənədlərinin surəti (qeydiyyat şəhadətnaməsi “VÖEN”, reyesterdən çıxarış).
  4. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  5. Dəvətnamə üçün dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.
  6. Hüquqi şəxsin adından sənədlərin təqdim edilməsinə dair etibarnamə.

Vəsatət

Arxiv üzrə axtarış