Konsulluq rüsumları

KONSULLUQ RÜSUMLARIN SIYAHISI 

Üzərinə dövlət rüsumu qoyumuş işlər

Rüsumun miqdarı

Ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;

40 ABŞ dolları

ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə;

40 ABŞ dolları

Şəxsi dəvətlə, turist sifəti ilə işgüzar
və kommersiya işləri ilə əlaqədar dövlət
və ictimai siyasi təşkilatlar və eləcə də
xarici iqtisadi fəaliyyətlə məşğul olan
özəl strukturların müraciəti ilə adi giriş
vizalarının rəsmiləşdirilməsinə görə
(3 gündən 3 ayadək müddətə):
Birdəfəli giriş vizası; 
İkidəfəli giriş vizası;

40 ABŞ dolları
80 ABŞ dolları

Dövlət təşkilatları və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan digər özəl strukturların müraciəti ilə 1 il müddətinə çoxdəfəli giriş-çıxış vizalarının rəsmiləşdirilməsi üçün;

250 ABŞ dolları

şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün;

20 ABŞ dolları

tranzit vizaların rəsmiləşdirilməsi üçün:
adi tranzit viza;
ikidəfəli tranzit viza;
viza müddətinin artırılması üçün:
24 saat;
48 saat;
72 saat;
3 gündən 1 ayadək;
1 aydan 3 ayadək;


20 ABŞ dolları
40 ABŞ dolları

10 ABŞ dolları
20 ABŞ dolları
30 ABŞ dolları
40 ABŞ dolları
80 ABŞ dolları

vaxtı bitmiş vizaların müddətlərinin artırılması üçün, hər ay üçün;

50 ABŞ dolları

vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;

150 ABŞ dolları

vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;

300 ABŞ dolları

nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

30 ABŞ dolları

boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

40 ABŞ dolları

qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;

10 ABŞ dolları

adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;

50 ABŞ dolları

vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;

40 ABŞ dolları

doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;

20 ABŞ dolları

xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə;

20 ABŞ dolları

Sənədlərin leqallaşdırılmasına görə: təhsil, əmək, VVAQ sənədlərinin leqallaşdırılmasına görə: 
- Azərbaycan Respublikasının vətəndaşları üçün;
- əcnəbilər və vətəndaşlığı olmayanlar üçün;


20 ABŞ dolları 
30 ABŞ dolları

sahibkarlıq, kommersiya, təsərrüfat fəaliyyətlə əlaqədar sənədlərin və digər sənədlərin leqallaşdırılmasına görə:

 

- Azərbaycan Respublikasının vətəndaşları üçün; 
- əcnəbilər və vətəndaşlığı olmayanlar üçün;

50 ABŞ dolları 
80 ABŞ dolları

Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüquqi verən vəkalətnamələrin notariat təsdiqinə görə;

50 ABŞ dolları

müqavilələrin və əqdlərin notariat təsdiqinə görə: 
əmlak bölgüsü, zaminlik və digər 
qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;



75 ABŞ dolları

qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;

150 ABŞ dolları

avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

100 ABŞ dolları

sair müqavilələrin təsdiqinə görə;

50 ABŞ dolları

təhsil, əmək, VVAQ sənədlərinin surətini, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;

20 ABŞ dolları

Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;


20 ABŞ dolları

imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün); 
sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə ( hər səhifə üçün): 
- xarici dillərdən; 
- xarici dillərə;

50 ABŞ dolları 


20 ABŞ dolları 
40 ABŞ dolları

vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;

100 ABŞ dolları

maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;

100 ABŞ dolları

vəsiyyətnamənin notariat təsdiqinə görə;

100 ABŞ dolları

miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;

100 ABŞ dolları

vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;

100 ABŞ dolları

sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;

100 ABŞ dolları

Digər konsul əməliyyatlarına görə;

20 ABŞ dolları

 

 

Arxiv üzrə axtarış