2026-05-08
Qeyri-iş gününə dair
9 may tarixi Azərbaycan Respublikasında Faşizm üzərində Qələbə Günü kimi qeyd edilir. Bu il 9 may şənbə gününə təsadüf edir. Bayram günü həftələrarası istirahət günləri (şənbə/bazar) ilə üst-üstə düşərsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə növbəti iş günü istirahət günü hesab edilir.
Bu xüsusda, 11 may Azərbaycanda qeyri-iş günüdür və Baş Konsulluq həmin gün fəaliyyət göstərməyəcəkdir. Nəzərə alınmasını xahiş edirik.
