2026-05-08

İğdırda “Bir Millət, İki Dövlət” otağı açılmışdır.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğumunun 103-cü ildönümü münasibətilə 7 may 2026-cı il tarixində İğdır Heydər Əliyev Fənn Liseyində Ümummilli liderin “Bir Millət, İki Dövlət” sözləri ilə adlanan otağın açılış mərasimi keçirilmişdir. Tədbirdə İğdır vilayətinin valisi Mustafa Fırat Taşolar və baş konsul Zamin Əliyev çıxış etmişlər, İğdır Universitetinin musiqiçiləri tərəfindən Azərbaycan musiqiləri səsləndirilmiş, furşet verilmişdir.
Açılış mərasimində İğdır Universitetinin rektoru Ekrem Güler, iş adamı İshak Yaycılı, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin İğdır idarəsinin rəisi Əziz Gün, liseyin direktoru Yavuz Bağçı, müəllim və tələbələri, İğdırda yaşayan Azərbaycanlılar, yerli KİV nümayəndələri iştirak etmişlər.

Arxiv üzrə axtarış