2026-05-08

İğdır, Qars, Ərdahan, Rize və Trabzon şəhərlərində görüş və tədbirlər

Baş konsul Zamin Əliyev və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda ticarət nümayəndəsi Tamerlan Tağıyev 2026-cı ilin 26 aprel tarixində İğdır vilayətinin valisi Mustafa Fırat Taşolar, 27 apreldə Qars Bələdiyyəsinin sədri Ötüken Senger və Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan, 28 apreldə Rize vilayətinin valisi İhsan Selim Baydaş, Bələdiyyə sədri Rahmi Metin, Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru Yusuf Yılmaz, 29 apreldə Trabzon vilayətinin valisi Tahir Şahin, Bələdiyyə sədrinin müavini Faruk Kanca, Qara dəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı ilə görüşmüşlər.
Görüşlər zamanı İğdırda açılması nəzərdə tutulan Azərbaycan Ticarət Evi, iş adamları tərəfindən Qarabağ və Naxçıvana sərmayə qoyuluşu, sözügedən şəhərlərlə Azərbaycanın şəhərləri arasında qardaş şəhər əlaqələrinin qurulması, universitetlərarası əməkdaşlıq, universitetlərdə Azərbaycanlı tələbə birliklərinin fəaliyyəti və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olumuşudur.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi və Ərdahan, Rize və Trabzonun Ticarət və Sənaye Palatalarının təşkilatçılığı, Qarsdakı Baş Konsulluğun dəstəyi ilə 2026-cı ilin 27 aprel tarixində Ərdahanda, 28 apreldə Rizedə, 29 apreldə isə Trabzonda “Azərbaycana sərmayə qoyuluşu: təşviq və dəstək mexanizmləri” mövzusunda tədbirlər keçirilmişdir.
Tədbirlərdə baş konsul Zamin Əliyev, ticarət nümayəndəsi Tamerlan Tağıyev, Ərdahan, Rize və Trabzon Ticarət və Sənaye Palatalarının sədrləri çıxış etmiş, Azərbaycanda investisiya imkanları mövzusunda videoçarx nümayiş olunmuş, Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev ölkəmizin investisiya imkanları barədə geniş təqdimatla çıxış etmiş, iş adamlarının sualları cavablandırılmışdır.

 

 

 

 

 

Arxiv üzrə axtarış