İğdırda “Bir Millət İki Dövlət” Azərbaycan-Türkiyə Gənclər teatrı tərəfindən tamaşa səhnələşdirilmişdir.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində “Bir Millət İki Dövlət” Azərbaycan-Türkiyə Gənclər teatrı yaradılmışdır.
İlk dəfə olaraq 15 aprel 2026-cı il tarixində İğdır şəhərində yerləşən Mədəniyyət Mərkəzində sözügedən teatr tərəfindən Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası səhnələşdirilmişdir. Əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur.
İğdır valisi Mustafa Fırat Taşolar, vilayətin rəsmiləri, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Xalq artisti, tanınmış teatr-kino xadimi Cahangir Novruzov, Baş Konsulluğun heyəti, İğdırda yaşayan Azərbaycanlılar, iğdırlılar, media nümayəndələri daxil olmaqla 400-ə yaxın insan tamaşanı izləmişdir, tamaşa çox maraqla qarşılanmışdır.




