2026-03-16
Ədalət və İnkişaf Partiyasının sədr müavini Baş Konsulluğu ziyarət edib
13 mart 2026-cı il tarixində Türkiyənin Ədalət və İnkişaf Partiyasının (ƏİP) Türk dövlətləri ilə əlaqələrdən məsul sədr müavini Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin ƏİP-dən Qars millət vəkili Adəm Çalkın və Qars ƏİP-in sədri Muammer Sancar Baş Konsulluğu ziyarət etmişlər. Görüş zamanı iki ölkə arasında əlaqələrə dair məsələlər, eləcə də Baş Konsulluq tərəfindən həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılmışdır.

