2026-03-11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Qars və İğdıra səfəri

4 mart 2026-cı il tarixində Qars şəhərində yerləşən Antoryum salonunda Azərbaycan Respublikasının  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən iftar verilmişdir. İftardan əvvəl Qars Bələdiyyəsinin sədri Ötüken Senger, Qars valisi Ziya Polat, Komitə sədri Ramin Məmmədov və baş konsul Zamin Əliyev çıxış etmişlər. Sonra Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi tərəfindən Quran tilavəti və dua oxunmuşdur.

5 mart tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək, Ümummilli liderin büstü önünə gül dəstələri qoymuşdur. Daha sonra R.Məmmədovun Qarsın Bələdiyyə sədri Ötüken Senger, Qars valisi Ziya Polat və İğdır valisi Mustafa Fırat Taşolar ilə nəzakət görüşləri baş tutmuşdur.

Həmin gün İğdır şəhərində yerləşən Alyans salonunda Komitə və İğdır Valiliyinin birgə təşkilatçılığı ilə iftar verilmişdir. İftardan əvvəl Ramin Məmmədov, Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından (AKP) İğdır millət  vəkili Cantürk Alagöz, Türkiyənin keçmiş ədliyyə naziri Əbdülhəmid Gül və baş konsul Zamin Əliyev çıxış etmişlər. Sonra Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi tərəfindən Quran tilavəti və dua oxunmuşdur.

Arxiv üzrə axtarış