2026-02-10

Azərbaycan güləşçiləri Artvində keçirilmiş yarışda iştirak ediblər

7 fevral 2026-cı il tarixində Türkiyənin Artvin vilayətinin Şavşat rayonunda Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı keçirilmişdir. Festivalda Türkiyə, Azərbaycan və Gürcüstandan idmançılar iştirak etmişlər. Ölkəmiz Naxçıvan Muxtar Respublikasından olan 7 nəfərdən ibarət heyət ilə yarışda təmsil olunmuşdur. Güləşçilərimizdən 1 nəfər 1-ci, 1 nəfər 2-ci, 2 nəfər isə 3-cü yerə layiq görülmüşdür.

Arxiv üzrə axtarış