2026-01-22

İğdırda 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

20 yanvar 2026-cı il tarixində İğdırda yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə sözügedən şəhərdə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyənin himnləri səsləndirilmiş, Qurani-Kərimdən ayələr oxunmuş, 20 Yanvar faciəsinə etiraz olaraq 1990-cı ilin yanvar ayında İğdırda baş tutmuş mitinqlə bağlı video-çarx nümayiş olunmuşdur.
Sonra Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından İğdır millət vəkili Cantürk Alagözün tədbir iştirakçılarına mesajı oxunmuş, baş konsul və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxış etmiş, Naxçıvan Dövlət Universiteti və İğdır Universitetinin müəllimlərinin iştirakı ilə mövzuya dair panel təşkil olunmuşdur.
Tədbirdə İğdır vilayətinin yeni təyin olunmuş valisi Mustafa Fırat Taşolar, rəsmilər, azərbaycanlılar, tələbələr, iğdırlılar iştirak etmişlər.

 

Arxiv üzrə axtarış