2025-12-15

Qars şəhərində Ümummilli Liderin anım günü qeyd olunub

12 dekabr 2025-ci ildə Qarsda yerləşən Heydər Əliyev parkında Ümummilli Lider anılmışdır. Mərasimdə 50-yə yaxın Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbələri, qarslılar iştirak etmiş, Ümummilli Liderin büstü önünə gül dəstələri qoymuşlar.

Tədbir iştirakçıları çıxış edərək, Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi töhfələr barədə məlumat vermiş, Ulu Öndərin Qarsa səfəri zamanı yaşadıqları xoş xatirələrini bölüşmüşlər. Qafqaz Universitetinin Azərbaycanlı tələbələri də Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.

Qars və İğdırda yerləşən məscidlərdə Heydər Əliyevin ruhuna Quran ayələri oxunmuşdur.

Arxiv üzrə axtarış