2025-11-19

Qarsda Mirzə Fətəli Axundzadə səhnəsi açılmışdır.

18 noyabr 2025-ci il tarixində Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin Ahmet Arslan Konqres və Mədəniyyət Mərkəzində yerləşən 6 nömrəli salona Azərbaycan dramaturgiyasının banisi, Türk dünyası, eləcə də dünya ədəbiyyatının önəmli nümayəndələrindən biri olan Mirzə Fətəli Axundzadənin adının verilməsi mərasimi baş tutmuşdur.

Tədbir zamanı Qafqaz Universitetinin İncəsənət fakültəsinin dekanı Mitat Durmuş, Ərdahan Universitetinin rektoru Öztürk Emiroğlu, Qafqaz Universitetinin prorektoru Engin Kılıç və baş konsul Zamin Əliyev çıxış etmiş, səhnənin açılışını bildirən lent kəsilmiş, sonra Qafqaz Universitetinin İncəsənət fakültəsi Səhnə bölümünün aktyorluq ixtisası tələbələrinin ifasında M.Axundzadənin "Xırs quldurbasan" komediyası ilk dəfə Qarsda tamaşaya qoyulmuşdur.

Tədbirdə Qafqaz Universitetinin müəllim və tələbələri, dərnək üzvləri, qarslılar, Baş Konsulluğun heyəti, KİV nümayəndələri iştirak etmişlər.

Arxiv üzrə axtarış