Qarsda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə 44 ədəd ağac əkilmişdir.
6 noyabr 2025-ci il tarixində Qarsda yerləşən Qafqaz Universitetinin ərazisində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə 44 ədəd ağac əkilmişdir.
Tədbirdə Qars valisi v.i.e. Hayreddin Güzel, Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Baş Konsulluğun heyəti, Universitetin müəllim və tələbələri, dərnək üzvləri, qarslılar və KİV nümayəndələri iştirak etmişlər.
Ağaclar əkilən sahənin girişində “Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanın 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsinə 44 ədəd ağac əkilmişdir” sözləri yazılan lövhə quraşdırılmışdır. Eyni zamanda, Baş Konsulluğun əhatə dairəsinə daxil olan Artvin vilayətinin Şavşat ilçəsinin 44 kəndindən gətirilən torpaq nümunələri ağacların dibinə səpilmişdir.




