Qafqaz Universitetində Elmi Simpozium keçirilmişdir.
17 oktyabr 2025-ci il tarixində Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə Qars şəhərində yerləşən Qafqaz Universitetində Qarabağ Zəfərinin 5-ci ildönümü və Müstəqilliyin Bərpası Günü münasibətilə, Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisasının 20 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilmişdir.
Tədbirin rəsmi hissəsinin əvvəlində Azərbaycan və Türkiyənin himnləri səsləndirilmiş, Qarabağ zəfəri və sözügedən ixtisasın tarixçəsi ilə bağlı video-çarxlar nümayiş olunmuşdur. Daha sonra isə Qafqaz Universitetinin prorektoru Engin Kılıç, baş konsul Zamin Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Hikmət Babaoğlu, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin nümayəndəsi çıxışlar etmişlər.
Günün ikinci yarısında isə simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə panellər şəklində davam etmişdir.
Tədbirdə Qafqaz Universitetinin müəllim və tələbə heyəti, elm adamları, yerli KİV nümayəndələri iştirak etmişlər.




