İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş panel keçirilmişdir.
10 oktyabr 2025-ci il tarixində İğdır Universitetində sözügedən universitet, Naxçıvan Dövlət Universiteti, İğdır Azərbaycan Evinin təşkilatçılığı və Baş Konsulluğun dəstəyi ilə “Dədə Qorqud” paneli təşkil edilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev, Ulu Öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, bu il 75 yaşı tamam olacaq Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın yubileyinə həsr olunan video-çarx nümayiş olunmuşdur.
Sonra İğdır vilayətinin valisi Ercan Turan, İğdır Universitetinin rektoru Əkrəm Güler, Naxçıvan Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və baş konsul çıxış etmişlər.
Tədbir çərçivəsində həyata keçirilən iki paneldə rektor Kamal Abdulla, "Dədə Qorqud" dastanı ilə bağlı Türkiyədən olan mütəxəssislər - Ege, Qazi, Nevşehir Hacı Bektaş Veli, Elazığ Fırat Kırşehir Ahi Evran, Çukurova universitetlərindən professorlar Metin Ekici, Ramazan Korkmaz, Esma Şimşek, Salahaddin Bekki, Ayşe Çetin, Mehmet Çeribaş, Refiye Şenesen təqdimatlarla çıxış etmişlər.
Panelin sonunda Azərbaycan musiqilərindən ibarət kiçik konsert proqramı verilmişdir.










