2025-05-30

Qars şəhərində Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilmişdir.

27 may 2025-ci ildə Qars şəhərində yerləşən Pera salonunda Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilmişdir.  Tədbir zamanı Qars valisi Ziya Polat və baş konsul çıxış etmiş, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qarsdan olan millət vəkili Adəm Çalkının təbrik mesajı oxunmuşdur. Çıxışlardan sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş olunmuşdur. Daha sonra Qars Qafqaz Universitetinin Konservatoriyasının müəllimlərinin ifasında Azərbaycanın klassik musiqiləri səsləndirilmiş, Azərbaycandan dəvət olunan aşpazın hazırladığı təamlar iştirakçılara təqdim edilmişdir.Tədbirdə Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger, Qars vilayəti prokuroru Mehmet Çepni, Qafqaz Universitetinin prorektoru Prof. Dr. Engin Kılıç, Polis idarəsinin rəisi Mehmet Ömür Saka, Jandarma komandiri Yusuf Mutlu Genç, digər rəsmilər, qurum rəhbərləri, Qafqaz Universitetinin müəllim və tələbələri, Qars sakinləri, Azərbaycan dərnəklərinin nümayəndələri, Qarsda yaşayan azərbaycanlılar, yerli mətbuat nümayəndələri, Baş Konsulluğun heyəti daxil olmaqla 400-ə yaxın insan iştirak etmişdir. Salonun girişində Azərbaycanın tarixi abidələrini əks etdirən fotosərgi təşkil olunmuşdur.

   

   

  

     

    

    

 

Arxiv üzrə axtarış