2025-05-20

Ərzincanda tədbir və görüşlər.

      

              

     

Baş konsul 15 may 2025-ci ildə Ərzincan Binali Yıldırım Universitetinin dəvəti ilə sözügedən universitetdə keçirilən Altıncı Türk Dünyası Aşıqlar Festivalında iştirak və çıxış etmişdir. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Ərzincandan üzvü Mustafa Sarıgül, universitetin rektoru Prof. Dr. Akın Levent, İranın Mədəniyyət nazirinin müavini Ahmet Sadri, Alevi-Bektaşi Mədəniyyət və Cemevi rəhbəri Alirıza Özdemir çıxış etmiş, Azərbaycandan da daxil olmaqla, Türk dövlətlərindən və İrandan aşıqlar musiqi nömrələri göstərmişlər.

Səfər çərçivəsində Ərzincan valisi Hamza Aydoğdu, Bələdiyyə sədri Bekir Aksun və Ərzincan Binali Yıldırım Universitetinin rektoru Prof.Dr. Akın Levent ilə görüşlər keçirilmişdir. Görüşlərdə Ərzincanla Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin inkişafı, biznes forumların təşkili və iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi, Ərzincanın Azərbaycanın şəhərlərindən biri ilə qardaş əlaqələrinin qurulması, universitetdə Azərbaycanın Konstisitusiya və Suverenlik İlinə həsr olunan mədəniyyət gecəsinin keçirilməsi, Ərzincan Universiteti ilə Azərbaycanın universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 

Arxiv üzrə axtarış