Baş konsul 28 aprel 2025-ci ildə TDQ tərəfindən təşkil olunan Türk dünyası birliyi yolunda ortaq Əlifba mövzusunda tədbirdə iştirak etmişdir.
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Dil Qurumunun (TDQ) dəvəti ilə baş konsul 28 aprel 2025-ci ildə TDQ tərəfindən təşkil olunan Türk dünyası birliyi yolunda ortaq Əlifba mövzusunda tədbirdə (proqram əlavə olunur) iştirak etmişdir. Tədbirdə Türk dünyası ortaq Türk Əlifbası komissiyasının Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və “Şimali Kipr Türk Respublikası”ndan üzvləri, baş konsul, Qazaxıstanın Antalyadakı baş konsulu və Türkmənistanın Türkiyədəki Səfirliyinin nümayəndəsi açılış çıxışları etmişlər. Proqramın 2-ci hissəsində “Ortaq Türk Əlifbasının TDT-yə üzv ölkələrdə təsirləri və ortaq Türk Əlifbasının qəbulundan sonra TDT-yə üzv ölkələrdə həyata keçirilən fəaliyyətlər” və “Ortaq Türk Əlifbasının Türk dünyasına töhfələri, strateji imkanlar və ortaq Türk Əlifbasının qəbulundan sonra həyata keçiriləcəklər” mövzularında panellər təşkil olunmuşdur. Sözügedən tədbirə Azərbaycandan ortaq Türk Əlifbası komissiyasının üzvləri - Azərbaycanda Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutunun direktoru Nadir Məmmədli və Təhsil institutu Elmi pedaqoji tədqiqatları mərkəzinin baş məsləhətçisi Asif Hacıyev qatılmışlar.