2025-04-25

Qars Qafqaz Universitetində Azərbaycanın “Konstitusiya və suverenlik ili”nə həsr olunan “Azərbaycan-Türkiyə mədəniyyətlərinin görüşü” adlı tədbir keçirilmişdir.

 

   

   

                              

24 aprel 2025-ci ildə Qars Qafqaz Universitetinin Ahmet Arslan salonunda həmin universitetin Konservatoriyası və azərbaycanlı tələbələrinin təşkilatçılığı, Baş Konsulluğun dəstəyi ilə Azərbaycanın “Konstitusiya və həmrəylik ili”nə həsr olunan “Azərbaycan-Türkiyə mədəniyyətlərinin görüşü” adlı tədbir keçirilmişdir. Tədbirin əvvəlində Qars valisi Ziya Polat, Qars Bələdiyyəsinin sədri Prof.Dr Ötüken Senger, Qafqaz Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu və baş konsul çıxış etmişlər. Universitetin Konservatoriyasının müəllim və tələbələrinin ifasında Azərbaycan və Türkiyənin musiqiləri səsləndirilmiş, Qafqaz rəqsi nümayiş etdirilmişdir. Universitetin Çaddan olan tələbələrinin xahişi əsasında onların milli rəqslərinə səhnədə yer verilmişdir. Daha sonra iştirakçılar arasında müsabiqə təşkil olunmuş, qaliblərə hədiyyələr təqdim edilmişdir. Sonda tədbirin təşkilatçılarına və sponsorlarına təşəkkürnamələr verilmişdir.

Arxiv üzrə axtarış