2025-04-15

19 MART 2025-Cİ İLDƏ İĞDIR ŞƏHƏRİNDƏ YERLƏŞƏN ALYANS SALONUNDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR.

 

          

19 mart 2025-ci ildə İğdır şəhərində yerləşən Alyans salonunda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, səfirliyin tabeliyində Mədəniyyət Mərkəzi, Qarsdakı Baş Konsulluq, İğdır Valiliyi və Türkiyə Böyük Millət Məclisinin İğdırdan millət vəkili Cantürk Alagözün birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı iftar süfrəsi verilmişdir. Tədbir zamanı İğdır valisi Ercan Turan, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, millət vəkili Cantürk Alagöz və Qərbi Azərbaycanlıların İzmir ofisinin rəhbəri Asif Qurban çıxış etmişlər. İftardan sonra tədbir Azərbaycandan gələn tanınmış incəsənət xadimlərinin ifaları və xalq oyunları rəqsləri ilə davam etmişdir. Tədbirdə İğdır vilayətinin rəsmiləri, siyasi partiyaların təmsilçiləri, İğdır sakinləri, Azərbaycan dərnəklərinin nümayəndələri, İğdır və Qarsda yaşayan azərbaycanlılar, Qars Qafqaz Universitetinin tələbələri, yerli mətbuat nümayəndələri, Baş Konsulluğun heyəti daxil olmaqla 1000-dən çox adam iştirak etmişdir. Tədbirdən sonra şəhərin mərkəzi olan Bələdiyyə meydanında bayram tonqalı qalanmış, atəşfəşanlıq keçirilmişdir.

 

Arxiv üzrə axtarış