6 mart 2025-ci ildə Qars Qafqaz Universiteti və Baş Konsulluğun təşkilatçılığı ilə universitetdə Azərbaycan-Türkiyə əlaqələri təhlükəsizlik kontekstində panel keçirilmişdir.
Paneldə Qarsın bələdiyyə sədri, İnzibati Məhkəmənin sədri, sözügedən universitetin prorektorları, müəllimləri və tələbələri, Ardahan uinversitetinin müəllimləri, eləcə də Azərbaycan dərnəklərinin nümayəndələri olmaqla 300-ə yaxın adam iştirak etmişdir. Qars Qafqaz Universitetinin prorektoru Prof.Dr. Selçuk Ural və Qarsın bələdiyyə sədri Prof.Dr. Ötüken Senger açılış çıxışları etmişlər. Paneldə iştirak edən Qafqaz Universitetinin professorları Yaşar Kop, Elnur Həsən Mikayıl, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Dos.Dr. Mətin Məmmədli və baş konsul Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və inkişaf mərhələsi, iki ölkə arasında strateji əməkdaşlığın vacibliyi, hər iki ölkənin regional təhlükəsizlik, terrorizmlə mübarizə, yeni çağırışlar kontekstində rolu, Ermənistanın təcavüzkar siyasəti, bölgədə həyata keçirilən beynəlxalq layihələr barədə iştirakçılara məlumat vermişlər. Çıxışlardan sonra panel iştirakçılarının sualları cavablandırılmışdır.