28 fevral 2025-ci ildə Atatürk Universitetində Azərbaycan Mədəniyyət Gecəsi keçirilmişdir.
- Atatürk Universitetinin 15 iyul Milli İradə zalında Atatürk Universitetinin azərbaycanlı tələbələrinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Gecəsi keçirilmişdir. Tədbirdə Ərzurum valisinin müavini Lokman Düzgün, Ərzurum Texniki Universiteti rektoru Prof. Dr Bülent Çakmak, Ərzurum Böyükşəhər Bələdiyyəsinin nümayəndələri, Atatürk Universitetinin professorları, müəllimləri və tələbələri, yerli sakinlərlə birlikdə 1000-dən çox insan iştirak etmişdir.
Tədbirin əvvəlində vali müavini və baş konsul çıxış etmiş, Azərbaycanlı tələbə tərəfindən ölkəmiz haqqında təqdimat verilmiş, videoçarx nümayiş olunmuş, universitetin xarici tələbələri tərəfindən Azərbaycan musiqiləri ifa edilmişdir. Bununla yanaşı, Azərbaycanlı tələbələr tərəfindən hazırlanmış paxlavalar qonaqlara təqdim edilmişdir.