2025-03-13

28 fevral 2025-ci ildə Ərzurum şəhərində aşağıdakı görüşlər və tədbir keçirilmişdir:

 

        

  

- Ərzurum valisi Mustafa Çiftçi ilə görüş keçirilmişdir. Görüş zamanı Ərzurum və Şuşa şəhərləri (qardaş şəhərlərdir) arasında təmasların artırılması, Şuşada Ərzurum günlərinin keçirilməsi, vali ve bələdiyyə sədrlərinin qarşılıqlı səfərlərinin təşkili, Ərzurumla Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin artırılması, biznes forumların keçirilməsi və Naxçıvanda yaradılacaq sənaye parkına Ərzurumdan iş adamlarının cəlb olunması məsələləri müzakirə olunmuşdur.

- Ərzurum Sənaye və Ticarət Palatasının rəhbəri Saim Özakalın ilə görüşdə iş adamlarının qarşılıqlı səfərlərinin və biznes forumlarının təşkili, eləcə də Azərbaycanın investisiya imkanları mövzusunda Ərzurumda konfrans keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

- Atatürk Universitetinin prorektoru Prof.Dr. Hasan Yılmaz ilə görüş zamanı Atatürk Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

- Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen ilə görüş keçirilmişdir. Görüş zamanı Şuşa şəhərində Ərzurum günlərinin keçirilməsi, iki şəhər arasında təmasların artırılması, Ağdamda və Naxçıvanda yaradılacaq sənaye parkına Ərzurumdan iş adamlarının cəlb olunması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

- Ərzurum şəhərində yerləşən Azərbaycan bulvarı və Heydər Əliyev parkı ziyarət olunmuşdur.

 

Arxiv üzrə axtarış