2025-03-13

19-23 fevral 2025-ci ildə Qars və İğdır vilayətlərində qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif növ xidmətlərin göstərilməsi məqsədilə yaradılmış İşçi qrupu sözügedən şəhərlərə səfər etmişdir.

 

       

19-23 fevral 2025-ci ildə Qars və İğdır vilayətlərində qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif növ xidmətlərin göstərilməsi məqsədilə yaradılmış İşçi qrupu sözügedən şəhərlərə səfər etmişdir. 

20 fevral tarixində Qars şəhərində aşağıdakı görüşlər baş tutmuşdur:

- Qars Bələdiyyəsinin sədri Ötüken Sengerlə görüş keçirilmişdir. Görüş zamanı Konsulluq idarəsinin rəisi Emil Səfərov işçi qrupunun İstanbuldakı fəaliyyəti barədə, eləcə də bu bölgələrdə göstəriləcək xidmətlər haqqında məlumat vermişdir. Bələdiyyə sədri prosesi yüksək qiymətləndirərək, bunun Azərbaycan Respublikasının bütün vətəndaşlarına göstərdiyi qayğının göstəricisi olduğunu söyləmişdir. 

- Qars valisi Ziya Polat ilə görüş keçirilmişdir. Görüş zamanı E.Səfərov Qars və İğdır vilayətlərində vətəndaşlarımıza göstəriləcək xidmətlər haqqında məlumat verərək, bütün proseslər barədə əvvəlcədən icazələrin alınacağını və Türkiyə tərəfinə məlumat veriləcəyini bildirmişdir.

İşçi qrupu Baş Konsulluqda Qars vilayəti və ətraf bölgələrdə qanunsuz yaşayan vətəndaşlarla görüşmüş, bəzi xidmətlər yerində göstərilmişdir.

 21 fevralda İğdır şəhərində aşağıdakı görüşlər keçirilmişdir:

- İğdır valisi Ercan Turan ilə valilikdə görüş baş tutmuşdur. Görüşdə İğdırın polis rəisi Niyazi Turgay və Köç idarəsinin keçmiş rəisi Hanifi Gürler də iştirak etmişlər. Görüş zamanı İşçi Qrupunun fəaliyyəti haqqında məlumat verilmiş, çalışmaların əvvəlcədən icazə alınaraq Türkiyə qurumları ilə paralel aparılacağı qeyd olunmuşdur. Vali bu prosesi yüksək qiymətləndirərək bütün vasitələrlə köməklik göstəriləcəyini ifadə etmişdir.

- 22 fevralda İğdırdakı Azərbaycan Evində vətəndaşlarla görüş keçirilmişdir. 70-dən çox vətəndaşın iştirak etdiyi görüşdə işçi qrupunun fəaliyyəti barədə məlumat verilmiş, vətəndaşların problemləri dinlənilmiş, işçi qrupunun fəaliyyəti ilə bağlı bütün vətəndaşlarımıza məlumat verilməsi xahiş edilmiş və növbəti görüşün aprel ayında keçiriləcəyi diqqətə çatdırılmışdır.

Arxiv üzrə axtarış