2025-03-13

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar aşağıdakı tədbirlər həyata keçirilmişdir:

              

25 fevral 2025-ci ildə Qars Qafqaz Universitetinin Heydər Əliyev Tədris Mərkəzində Baş Konsulluğun və sözügedən universitetin təşkilatçılığı ilə Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötüken Senger, Qafqaz Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu, prorektorlar Prof. Dr. Selçuk Ural, Prof. Dr. Engin Kılıç, Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin müdir müavini Zafer Demir, universitetin professor və müəllimləri, azərbaycanlı və Çadlı tələbələr, Qarsda fəaliyyət göstərən dərnək nümayəndələri iştirak etmişlər. Tədbir zamanı şəhidlər bir dəqiqəlik sükutla yad olunmuş, Xocalı faciəsi ilə bağlı vidoçarxlar nümayiş etdirilmiş, Qars Müftiliyinin din xadimi tərəfindən Quran tilavəti oxunmuş, bələdiyyə sədri, rektor, prorektor, baş konsul, professorlar və universitetin Azərbaycanlı tələbəsi çıxışlar etmişlər.

- 26 fevralda İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə İğdır Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə İğdır valisi Ercan Turan, Jandarma və Polis rəisləri, protokolun  digər üzvləri, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır sakinləri, orada yaşayan azərbaycanlılar və məktəblilər olmaqla 600-dən çox adam iştirak etmişdir. Tədbirdə Xocalı faciəsi ilə bağlı vidoçarx nümayiş etdirilmiş, İğdır müftisi tərəfindən Quran tilavəti oxunmuş, İğdır valisi, baş konsul və Azərbaycan Evinin rəhbəri çıxış etmişlər. Erzincan Binali Yıldırım Universitetinin professoru Prof. Dr. Ali Kafkasyalı Azərbaycan-Türkiyə əlaqələrinin tarixi, Xocalı faciəsinə səbəb olan siyasi proseslər barədə danışmışdır.  

- 26 fevralda İğdır Universitetində Prof. Dr. Sözer Yıldırım tərəfindən Xocalı faciəsi ilə bağlı konfrans təşkil olunmuşdur. Konfransda İğdır Universitetinin rektoru Prof. Dr. Mehmet Hakkı Alma, Baş Konsulluğun 3-cü katibi Pərviz Budaqov, universitetin professor və müəllimləri, tələbələri iştirak etmişlər. Tədbirdə rektor və S.Yıldırım çıxış etmişlər.

- 26 fevralda Ardahan Universitetinin humanitar elmlər və ədəbiyyat fakültəsinin müəllimi Suat Vuralın təşkilatçılığı ilə Xocalı faciəsi ilə əlaqədar panel keçirilmişdir. Paneldə universitetin professorları, müəllimləri və tələbələri iştirak etmişlər.

- Qars və İğdır vilayətlərindəki məscidlərdə soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələr oxunmuşdur.

- Qafqaz Universitetinin Çadlı tələbələri sosial media hesablarında Xocalı faciəsi ilə bağlı ingilis dilində paylaşımlar edərək həmrəylik nümayiş etdirmişlər.

Arxiv üzrə axtarış