VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
Qars və İğdırda qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif növ xidmətlərin göstərilməsi məqsədilə yaradılmış İşçi Qrupunun 20 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda və 22 fevral 2025-ci ildə İğdır şəhərindəki Azərbaycan Evində Azərbaycan vətəndaşları ilə görüşləri keçiriləcəkdir. Bu xüsusda, Qars, İğdır və ətraf vilayətlərdə yaşayan sənədlərində problemi olan Azərbaycan Respublikası vətəndaşlarının qeyd olunan görüşlərdə iştirakı xahiş olunur.
Əlaqə vasitəsi: Telefon: (0474) 223 64 75; 223 13 61 Qaynar xətt: +90 542 203 05 36