Qarsda “Qış Təlimi - 2025” hərbi təlimləri keçirilmişdir.
20 yanvar - 5 fevral 2025-ci ildə Qarsda “Qış Təlimi - 2025” hərbi təlimləri keçirilmişdir. Təlimdə 20 ölkədən 199 hərbçi (Türkiyə hərbçiləri xaric) iştirak etmişdir ki, onlardan 70 hərbçi Azərbaycandan gəlmişdir. 5 fevralda təlimlər praktiki atış çalışmaları ilə sona çatmışdır. Mərasimdə Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kənan Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti və baş konsul iştirak etmişdir. Çalışmalar bitdikdən sonra Türkiyə Respublikasının Quru Qoşunlar komandanı Səlcuk Bayraktaroğlu bağlanış çıxışı etmişdir. Mərasimdən sonra ailə fotosu çəkilmiş və Türkiyənin müdafiə sənayesi məhsullarının nümayiş olunduğu sərgi ziyarət edilmişdir. K.Seyidov səfər çərçivəsində Baş Konsulluğu da ziyarət etmişdir.