Dr. Aysel Sadak İltaşın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimat mərasimi keçirilmişdir.
31 yanvar 2025-ci ildə Baş Konsulluğun dəstəyi ilə Qafqaz Universitetinin Heydər Əliyev Tədris Mərkəzində jurnalist, yazar Dr. Aysel Sadak İltaşın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Qafqaz Universitetinin rektoru Prof. Dr. Hüsnü Kapu, prorektoru Prof. Dr. Engin Kılıç, Qars Bələdiyyə sədrinin qəyyumu Turgay Kızılörenli, Heydər Əliyev Liseyinin müdiri Keyhun Tepebaş, jurnalistlər, universitetin müəllim və tələbələri, Baş Konsulluq iştirak etmişdir. Tədbirdə universitetin rektoru Hüsnü Kapu, universitetin müəllimi Hacəli Nəcəfoğlu və baş konsul çıxış etmişlər. Kitabın müəllifi Heydər Əliyev haqqında xatirələrini bölüşdükdən sonra kitabları imzalayaraq iştirakçılara təqdim etmişdir.