2025-01-15
Qars şəhər Təhsil İdarəsinin rəisi Nevzat Kaya ilə görüş keçirmişdir.
14 yanvar 2025-ci ildə Qars şəhər Təhsil İdarəsinin rəisi Nevzat Kaya ilə Baş Konsulluqda görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan və Türkiyənin orta məktəbləri arasında əməkdaşlıq, iki ölkənin şagirdləri arasında məktub mübadilələri, Qarsda yerləşən orta məktəblərdə “bir millət, iki dövlət” otaqlarının yaradılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.