Baş Konsulluqda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından (ƏİP) Qars millət vəkili Adem Çalkın və ƏİP-in Qars şəhər təşkilatının sədri Muammer Sancar ilə görüş keçirilmişdir.
6 yanvar 2025-ci ildə Baş Konsulluqda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından (ƏİP) Qars millət vəkili Adem Çalkın və ƏİP-in Qars şəhər təşkilatının sədri Muammer Sancar ilə görüş keçirilmişdir. Görüş zamanı A.Çalkın baş konsulu yeni təyinatı münasibətilə təbik etmiş, Türkiyənin Qars və yaxın bölgələri ilə Naxçıvan arasında siyasi bağların və ticarət əlaqələrinin artılımasının, TBMM-nin Qars, İğdır və Ərzurumdan olan millət vəkilləri ilə Azərbaycan Respublikası Milli Məclisinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandan olan millət vəkilləri arasında təmasların qurulmasının və qarşılıqlı səfərlərin təşkilinin, ƏİP-in Qars şəhər təşkilatı ilə YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatı arasında əməkdaşlığın vacibliyi müzakirə olunmuşdur.