Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi və İğdır Valiliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi və İğdır Valiliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
27 dekabr 2024-cü ildə baş konsul Zamin Əliyev Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Ticarət Nümayəndəliyi və İğdır Valiliyinin birgə təşkilatçılığı ilə İğdır şəhərində keçirilmiş Azərbaycanın investisiya imkanlarına dair tədbirdə iştirak etmişdir. Bir dəqiqəlik sükut və dövlət himnlərinin oxunması ilə başlayan proqramda İğdır valisi Ercan Turan və nümayəndəliyin rəhbəri Tamerlan Tağıyev investisiya imkanları və bölgənin ticarət potensialı ilə əlaqədar çıxışlar etmişlər. Öz növbəsində, baş konsul çıxışında iki ölkə arasında quru sərhəd üzərindən ticarət potensialının artırılması, yaradılacaq Naxçıvan sənaye parkına Türkiyədən iş adamlarının cəlb olunması və Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə Türkiyənin Qars, İğdır və yaxın vilayətləri arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi məsələlərinə toxunmuşdur. Daha sonra Azərbaycanın investisiya imkanları barədə hazırlanmış videoçarx təqdim olunmuş və iş adamlarının suallarına cavab verilmişdir.