Azərbaycan Respublikasının Baş Konsulluğunda Başsağlığı kitabı açılmışdır.
Türkiyə Respublikasının Qars Şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda Başsağlığı kitabı açılmışdır.
25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda elan edilmiş matəmlə bağlı Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda 26-27 dekabr 2024-cü il tarixlərində Başsağlığı kitabı açılmışdır.
Qars valisi Ziya Polat, Böyükşəhər Bələdiyyəsinin sədri Prof.Dr Ötüken Senger, Qars şəhərində fəaliyyət göstərən dövlət qumrumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr Baş Konsulluğa gələrək başsağlıqlarını vermişlər.
İran İslam Respublikasının Erzurum və Trabzondakı Baş Konsulluqları, eləcə də fiziki olaraq iştirak edə bilməyən şəxslər başsağlıqlarını Baş Konsulluğun elektron poçt ünvanına göndərmişlər.
Qars şəhərində yerləşən bütun məscidlərdə təyyarə qəzasında həyatını itirənlərin ruhuna “Qurani-Kərim”dən dualar oxunmuşdur.
27 dekabrda Qars Qafqaz Universitetində təhsil alan Azərbaycanlı tələbələr tərəfindən sözügedən universitetdə ehsan verilmişdir.