2024-12-25

Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda Başsağlığı kitabı açılacaq.

 

 

 

25 dekabr  2024-cü ildə "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Matəm ilə əlaqədar Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda (ünvan: Yusufpaşa məh., Heydər Əliyev küç. 32B) 26-27 dekabr tarixlərində 09:00-18:00 saat aralığında Başsağlığı kitabı açılacaqdır. Fiziki olaraq iştirak edə bilməyən şəxslər başsağlığını Baş Konsulluğun rəsmi elektron poçt ünvanına (qars@mission.mfa.gov.az) göndərə bilərlər.

Arxiv üzrə axtarış