2020-04-13

TÜRKİYƏ RESPUBLİKASININ QARS ŞƏHƏRİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ KONSULLUĞUNA MÜRACİƏT EDƏN VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Məlumat üçün diqqətinizə çatdırılır ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində xəstəliyin geniş yayılmasının qarşısının alınması üçün 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə (ölkəmizin hansı rayonunda qeydiyyatda olunmasından asılı olmayaraq) yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, eyni zamanda yerli hava uçuşları tam şəkildə dayandırılmışdır.

Yaranmış vəziyyətlə əlaqədar Türkiyə Respublikasında yaşayan, təhsil alan,  müvəqqəti olaraq burada səfərdə olan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, ölkə sərhədlərinin fəaliyyəti ilə əlaqədar yeni qərarlar tədbiq edilənədək ölkəmizin Türkiyə Respublikasındakı səfirliyində və baş konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq.

Qlobal pandemiya dövründə Türkiyə Respublikasındakı vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri və yaşadıqları ölkənin karantin rejimini pozmamaları tələb olunur.

Evdə qal sağlamlığını qoru!                                        

 

Hörmətlə,

Türkiyə Respublikasının Qars Şəhərində

 Azərbaycan Respublikasının Baş Konsulluğu

 

 

Adres: Haydar Aliyev caddesi,  N: 9,  36100  Kars / Merkez

Telefon: (0474) 223 64 75; 223 13 61

Faks:  (0474) 223 87 41

Qaynar xətt: 0555 048 06 36; 0545 744 60 60

E-mailqars@mission.mfa.gov.az;  consulateinkars@gmail.com

Web: www.kars.mfa.gov.az

Arxiv üzrə axtarış