2019-12-26

Türkiyənin Qars şəhərində Nəsiminin yubileyi qeyd olunub

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ilə Qarsdakı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Məndə sığar iki cahan” mövzulu tədbir təşkil edilib.

Tədbirdə rəsmi şəxslər Qars Qafqaz Universitetinin rəhbərliyi ilə yanaşı müəllim və tələbə heyəti, QHT və KİV təmsilçiləri, o cümlədən yerli ictimayyətin tanınmış simaları iştirak ediblər. 

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. 

Davamında görkəmli sənətçi Sami Yusifin Nəsimi ilə bağlı ifası nümayiş olunub.

Sonra baş konsul Nuru Quliyevin, Qafqaz Universitetin dosenti Çulpan Çetinin və QU-nun müəlliməsi Könül Quliyevanın çıxışları dinlənilib. Çıxışlarda İmaddədin Nəsimi şəxsiyyətinin bütövlüyündən və nadir yaradıcılıq üslubundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili kimi qeyd olunub. Tarixdə ilk dəfədir ki, Nəsiminin həyat və yaradıcılığı dünya ictimaiyyətinə bu qədər geniş və əhatəli şəkildə çatdırılıb. 

Sonda Qafqaz Universitetinin tələbələri İmadəddin Nəsiminin şeir və qəzəllərini söyləyiblər.

Arxiv üzrə axtarış