2019-12-18

Türkiyənin Ardahan vilayətində “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda geniştərkibli konfrans keçirilib

Türkiyənin Ardahan Universitetində (AU) “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans təşkil olunub. 

Azərbaycanın Qarsdakı Baş Konsulluğu və AU tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər və bu təhsil ocağının kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirlib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Ulu Öndərimizin zəngin mənalı həyatı və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Sonra baş konsul Nuru Quliyev və Ardahan Universitetinin rektoru, professor Mehmet Biberin çıxışları dinlənilib.

Ümummilli Liderimizin xilaskarlıq missiyasına geniş yer ayıran çıxışçılar dünya şöhrətli siyasi xadimin Azərbaycanın müstəqilliyinin qorunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının genişlənməsi və birgə yüksəlişləri üçün gördüyü işlərdən danışıblar. Əminliklə ifadə olunub ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları əbədiyyətə qədər Heydər Əliyev şəxsiyyətinin ucalığını ehtiramla yad edəcəklər. 

Tədbir bədii proqramla davam edib

 

Arxiv üzrə axtarış