2019-10-22

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik günü və Diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı tədbirlər keçirilib

Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Diplomatik xidmət orqanlarının 100 illik yübileyi münasibətilə bir sıra tədbirlər keçirilib.

Qars Baş Konsulluğunun inzibati binasında baş tutan tədbirdə Qars Qafqaz Universitetinin müəllim, tələbə heyəti iştirak edib.  Baş konsul Nuru Quliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, o cümlədən diplomatik xidmət orqanlarımızın 100 illik tarixi barədə görüş iştirakçılarına geniş məlumat vermişdir.

Sonra Azərbaycan diplomatik orqanlarının yaranmasının 100 illik yübileyi ilə bağlı Türkiyə Respublikasının Qars vilayətində yerləşən Heydər Əliyev Parkında ağacəkmə aksiyası keçirilib. Yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilciləri aksiyada iştirak ediblər.

Arxiv üzrə axtarış