2019-09-12

Baş konsul Nuru Quliyev İğdır vilayətinin valisi Ənvər Ünlü ilə görüşüb.

Cari ilin 9 sentyabr tarixində Baş konsul Nuru Quliyev İğdır vilayətinin valisi Ənvər Ünlü ilə görüşüb.

Görüş zamanı dərin mənəvi və tarixi dayaqlara söykənən Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin, Ümummilli lider Heydər Əliyevin müəyyən etmiş olduğu “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyi və iki qardaş ölkə arasındakı bir-birinə sıx tellərlə bağlı olan bu əlaqələrin bugün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində daha da dərinləşərək uğurla davam etdirildiyi vurğulanıb.

Əlavə olaraq, Azərbaycan-Türkiyə arasındakı qarşılıqlı sərmayə qoyuluşlarının önəmindən bəhs edilərək reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin hər iki ölkə arasındakı qardaşlıq münasibətləri ilə yanaşı iqtisadi əlaqələrin inkişafına da böyük töhfə verdiyi qeyd edilib.

Son olaraq, Baş Konsulluğun marağında olan bir çox məsələlərlə yanaşı xidmət dairəmizə daxil olan vilayətlərdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdiyi bir sıra məsələlər də müzakirə edilib.

Arxiv üzrə axtarış