2019-05-21

İğdırdakı Heydər Əliyev adına liseydə məzun günü qeyd olunub

Türkiyənin İğdır şəhərində yerləşən Heydər Əliyev adına liseydə məzun günü keçirilib.

Mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və İğdır vilayətinin valisi Ənvər Ünlü məzunları təbrik ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, hər iki dövlətin liderləri təhsilin inkişafı üçün böyük işlər görüblər. Bütün sahələrdə olduğu kimi, təhsildə də Azərbaycan ilə Türkiyə arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. İğdırdakı Heydər Əliyev adına lisey Türkiyənin nümunəvi təhsil ocaqları sırasındadır.

Tədbirdə əlaçı məzunlara hədiyyələr verilib.

Mərasim məktəblilərin hazırladığı zəngin bədii proqramla davam edib.

Arxiv üzrə axtarış