2019-03-03

Xocalı soyqırımı ilə bağlı iğdırlı məktəblilər arasında keçirilmiş müsabiqələrə yekun vurulub

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycan Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə İğdır-Azərbaycan Evi Dərnəyi (İAED) tərəfindən “Xocalıya ədalət!” devizi altında təşkil olunan şeir, inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Tədbirdə çıxış edən İAED-in sədri Sərdar Ünsal müsabiqələrə İğdır vilayətindəki liseylərdə təhsil alan 40-dan çox şagirdin qatıldığını bildirib.

Qaliblərin mükafatlandırılması mərasimində Xocalı soyqırımının dəhşətlərindən söhbət açılıb, faciə qurbanlarının xatirəsi yad edilib.

Müsabiqənin qalibləri İAED tərəfindən təltif olunub.

Arxiv üzrə axtarış