2018-11-14

Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etməyi öngörən Türkiyə Respublikası vətəndaşlarının diqqətinə

Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil olan, XX əsrin sonlarına doğru Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş, Azərbaycanın ayrılmaz bir parçasıdır. Bu bölgədə yaşayan azərbaycanlılar ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış, qətl edilmiş və geri qalanları isə qaçqın və məcburi köçgün halına düşmüşdür. Haliyədə əhalisinin sayı on milyondan artıq olan Azərbaycan Respublikasında bir milyondan çox qaçqın və məcburi köçgün yaşamaqdadır. Buna baxmayaraq, bütün beynəlxalq hüquq normalarını heçə sayan Ermənistan höküməti məsələnin sülh yolu ilə həllinə yanaşmayaraq təcəvüzkar və işğalçılıq siyasətinə davam etməkdədir.

Bu mənada, Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasına ait həmin bölgələrə Azərbaycan Respublikası aidiyyəti qurumlarından icazə alınmadan səfər edilməsi beynəlxalq hüquq və normalarına, eyni zamanda Azərbaycan qanunlarına zidd olduğundan Azərbaycan Respublikası tərəfindən həmin şəxslərə müvafiq cəza tədbirləri tətdbiq olunacaqdır.

Arxiv üzrə axtarış