2018-10-31

Qarsda Ulu Öndər Heydər Əliyevə və Cumhuriyyətə həsr olunan konfrans keçirilib

Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasın 95-ci və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə konfrans keçirilib.

konfransda Azərbaycan Qasdakı diplomatik nümayəndəliyimizin kollektivi, QU-nun professor, müəllim və tələbə heyəti, Azərbaycan Respublikasını təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad olunub.

Baş konsul Nuru Quliyev və digər çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və süqutunun səbəbləri, xalqımızın XX əsrin əvvəllərindən başlayaraq ölkəmizdə aparılan milli-azadlıq mücadiləsinin keyfiyyət mərhələləri, o cümlədən ötən əsrin sonunda ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası sayəsində yenidən əldə etdiyi milli azadlığını, müstəqil dövlətini qoruya bilib. Qeyd olunub ki, sovet dövrünün amansız qadağalarına baxmayaraq 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bayrağı milli-azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Azərbaycan Xalq Cümhuriyyətindən yadigar olan bayrağımız xalqımızın əbədi iftixarına çevrilib.

Sonra QU-nun prorektoru professor  Mükremin Özkan Arslan və professor Hacəli Nəcəfoğlunun çıxışları dinlənilib.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair fəaliyyətlərində fərqlənən bəzi şəxslərə diplom və hədiyyələr təqdim olunub.

Arxiv üzrə axtarış