2017-12-12

Ulu Öndərin xatirəsi Qarsda anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar ölkəmizin Türkiyənin Qars şəhərindəki baş konsulluğunda anım mərasimi keçirilib.

Əvvəlcə baş konsulluğun kollektivi, bu şəhərdə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz Ulu Öndərin Qarsın mərkəzində yerləşən Heydər Əliyev Parkındakı heykəli önünə gül-çiçək düzüb, xalqımızın xilaskar oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.

Baş konsulluqda davam edən mərasimdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lideri Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Sonra ehsan süfrəsi verilib.

Ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edən baş konsul Nuru Quliyev bildirib ki, Ümummilli Lider Türk dünyasının birliyi, eləcə də Azərbaycan və Türkiyənin inkişafı naminə nəhəng işlər görüb. Odur ki, qədirbilən xalqlarımız bundan sonra da ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutacaqdır.

 

Arxiv üzrə axtarış