2017-05-11

Ərzurumdakı konfransda ulu öndər Heydər Əliyevin tarixi missiyasının əhəmiyyətindən danışılıb

Azərbaycanın Qarsdakı baş konsulluğu Türkiyənin Ərzurum şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan konfrans təşkil edib.

Ərzurum Nəcip Fazıl Kısakürək Mədəniyyət Sarayında keçirilən konfransda Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, deputatlar, ölkə ictimaiyyətinin görkəmli simaları, tanınmış alimlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən filmin nümayişindən sonra baş konsul Nuru Quliyevin, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərovun, Ərzurum Böyükşəhər bələdiyyəsinin sədri Mehmet Sekmenin, Ərzurum valisinin müavini Levent Kepçelinin çıxışları olub. Çıxışlarda Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Azərbaycanın inkişafı və tərəqqisi yolunda həyata keçirdiyi strategiyanın əhəmiyyətindən, ölkəmizdə elmin və təhsilin inkişafına verdiyi böyük töhfələrdən, Azərbaycanın və Türkiyənin inkişafını təmin edən layihələrin önəmindən danışılıb.

Tədbir panel iclaslarla davam etdirilib.

Arxiv üzrə axtarış