2017-04-19

2017-ci ilin 14-16 noyabr tarixlərində Bakı şəhərində “Baku Expo” Mərkəzində 8-ci “Caspian Ecology” Beynəlxalq Ətraf Mühit Sərgisinin (www.cte.az ) keçirilməsi nəzərdə tutulur.

2010-cu ildən başlayaraq hər il keçirilən bu sərginin məqsədi müvafiq sahədə fəaliyyət göstərən yerli və dünyanın tanınmış ölkələrinin şirkətlərini, dövlət və qeyri-hökümət təşkilatlarını bir araya gətirərək qabaqcıl ekoloji texnologiyalar və ətraf mühitin mühafizəsi sahəsində nailiyyətlərin nümayiş etdirilməsi və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdan ibarətdir.

            Sərgidə iştirakla bağlı daha ətraflı məlumat almaq üçün sözügedən sərginin hazırda birgə təşkilatçısı qismində fəaliyyət göstərən “Caspian Event Organisers” şirkəti (əlaqələndirici şəxs layihə meneceri Jalə Məmmədova, tel:012 4048975, faks: 012 4478558, mob: 055 4000545, elektron poçt ünvanı: ecology”@ceo.az  , ünvan: “Caspian Event Organisers LLC”, Nobel prospekti 15, AZ 1025, Bakı, Azərbaycan) və ETSN-nin Beynəlxalq əməkdaşlıq şöbəsi ( tel: 012 538 85 13, faks: 012 492 59 07, mobil: 055 455 33 52, elektron poçt ünvanı: az.mineco@gmail.com ) ilə əlaqə saxlanıla bilər. 

Arxiv üzrə axtarış